Azeri Language Learning Podcasts   /     Azeri podcast 031706

Summary

Sumqayıtda 5-ci gənclər oyunları başlanmışdır Sumqayıtdakı idman-konsert kompleksində 5-ci gənclər oyunlarının təntənəli açılışı olmuşdur. 1998-ci ildən bəri iki ildən bir keçirilən oyunlarda minlərlə sumqayıtlı oğlan və qız iştirak edəcəkdir. Şəhər Gənclər və idman baş idarəsinin rəisi Musa Həsənov idmançıları salamlayaraq xatırlatmışdır ki, Azərbaycan idmanının yüksəlişinin və sürətlə inkişafının təməlini ümummilli lider Heydər Əliyev qoymuşdur. Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin təsis edilməsi ilə Azərbaycanda idman hərəkatının inkişafı üçün gözəl baza yaradılmışdır. Ötən illərdə Sumqayıt idmançılarının da uğurları az olmamışdır. Təkcə keçən il 1531 idmançı respublika yarışlarında və beynəlxalq turnirlərdə iştirak etmişdir. Onlar 185 qızıl, 166 gümüş, 219 bürünc medal qazanmışlar. Sumqayıt komandası gənclər oyunlarının hamısında uğurla çıxış etmişdir. Azərbaycan Respublikasının dövlət himni səsləndikdən sonra Olimpiya mükafatçıları Fuad Aslanov və İlham Zəkiyev Azərbaycan bayrağını qaldırmışlar. Sumqayıtlılar idmanın 12 növündə güclərini sınayacaqlar.

Subtitle
Authentic listening materials for students of Azeri from CeLCAR
Duration
3:05
Publishing date
2006-03-17 20:00
Link
http://www.indiana.edu/~celcar/podcasts/azeri/azeri031706.mp3
Contributors
  СeLCAR, Indiana University
author  
Enclosures
http://www.indiana.edu/~celcar/podcasts/azeri/azeri031706.mp3
audio/mpeg