Yazıçı Manaf Suleymanovun «Eşitdiklərim, oxuduqlarım, gördüklərim» kitabı ötən əsrin əvvəlində Bakıda yaşanan neft bumu dövründən, həmin dövrün əsas qəhrəmanları olan neft maqnatlarından, beynəlxalq kapitalın Bakı neftinə verdiyi önəmdən bəhs edir. Bu parçada söhbət o zamankı Bakının neft sənayesinə əcnəbi və yerli milyonçuların töhvəsindən, neftin sayəsində varlananlarla yanaşı neft mədənlərində fəhləlik edənlərdən, ağır zəhmət hesabına gündəlik çörək qazananlardan da gedir. Hekayəni Azərbaycanın xalq artisti Rasim Balayev səsləndirib.