Yazıçı Manaf Suleymanovun "Eşitdiklərim, oxuduqlarım, gördüklərim" kitabı ötən əsrin əvvəlində Bakıda yaşanan neft bumu dövründən, həmin dövrün əsas qəhrəmanları olan neft maqnatlarından, beynəlxalq kapitalın Bakı neftinə verdiyi önəmdən bəhs edir. İlk parçada söhbət o zamankı Bakının neft sənayesinə Nobel qardaşları ilə yanaşı Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Musa Nağıyev, Murtuz Muxtarov kimi müsəlman milyonçuların töhfəsindən gedir. Hekayəni Azərbaycanın xalq artisti Rasim Balayev səsləndirib.